Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin o dahilər insanları öz arxasınca aparmış, ən çətin anlarda qalib çıxmağı bacarmışlar. Azərbaycan xalqının da həyatında çətin anlar az olmayıb. Xalqımın çıxmaza girdiyi ağır vəziyyətlərdə öz mərhəmət əlini uzadıb, xalqına arxa çıxan mükəmməl insan, dahi şəxsiyyət, əvəzolunmaz şəxs Heydər Əliyev olub. Heydər Əliyev müasir dünya tarixinə silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və ibrətamiz bir məktəbdir. Bu məktəb bizlərə həyatı, insanları dərindən dərk etməyə yardım edir. Ötən illərə nəzər salsaq görərik ki, xalqımın ümummilli liderin sayəsində əldə etmiş olduğu nailiyyətlər, bu gün də öz mükəmməlliyini qoruyur. Bu gün Azərbaycan artıq dünyanın böyük dövlətləri ilə rəqabətə tam hazırdır. Bütün bunların hamısı Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, dərin zəkası, zəngin təcrübəsi əsasında baş vermişdir.Bildiyimiz kimi, bu il - yəni 2023-cü il Heydər Əliyev İli elan olunub. Belə ki, bu il gözəl insanın 100 illik yubileyi qeyd olunacaq. Əslində bu bir tarixdir. Heydər Əliyevin unudulmaz tarixi. Həyatda her şey unudulur, amma yaxşı insanlar əsla.Heydər Əliyev təkcə dövlət başçısı yox, həm də mükəmməl ata, qayğıkeş insan idi. Biz onu bu gün Cənab Prezidentin timsalında görürük. Eynen atasının yolunu davam eden İlham Əliyev her şeyden önce xalqını düşünüb, onlara görə hər zaman qərar verir.Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından başlayır.Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailədə dünyaya göz açan Heydər Əliyev genc yaşlarından vəzifədə işləmiş, çiyinlərində ağır yük daşımışdır. 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daima qalacaqdır. Azərbaycan sanki dünyaya yenidən göz açdı. Köhnə olan, xalqa narahatçılıq verən bütün maneələr aradan qaldırıldı. Həyatın rahatçılığı üçün nəzərdə tutulan bütün planlar heyata keçdi. Ümummilli liderin fəaliyyəti dövründə Azərbaycanda qanunun aliliyi ön plana keçdi.Bütün dövlət qayda-qanunla idarə olunmağa başladı. Xalq artıq sıxıntıya düşdükdə kimə müraciət edəcəyini mükəmməl bilirdi.Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun Heyder Əliyev kimi ulu öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi, ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heyder Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu qoşa səslənəcək...Ülviyyə Əhmədova,Xocalı rayon gənci